Bu yollarda elektrik skuteri QADAĞAN EDİLİRbackend

Bu yollarda elektrik skuteri QADAĞAN EDİLİR

Rusiya elektrikli skuterlərin piyadalar üçün nəzərdə tutulmuş küçələrlə hərəkətini qadağan etməyi planlaşdırır.

KONKRET.az yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə “Vahid Rusiya” partiyasının deputatları Nəqliyyat və Daxili İşlər Nazirliyinə müraciət ediblər.

Belə ki, piyada yollarında hərəkətin qadağan edilməsi ilə yanaşı, icarəyə verilən elektrik skuterlərinin sürətinin saatda 15 kilometrlə məhdudlaşdırılması da təklif edilir.

Həmçinin bu növ nəqliyyatdan istifadəyə yalnız 18 yaşına çatdıqdan sonra icazə veriləcək.

Qeyd edək ki, deputatlar elektrik velosipedləri ilə bağlı da oxşar tədbirlər tətbiq etmək istəyirlər.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*