Bu yolun sağ zolağı ilə hərəkət təhlükəlidir, solla getdikdə isə cərimə yazılır – VİDEObackend

Bu yolun sağ zolağı ilə hərəkət təhlükəlidir, solla getdikdə isə cərimə yazılır - VİDEO

Respublika əhəmiyyətli avtomagistralın sağ zolağı ilə hərəkət olduqca təhlükəlidir, solla getdikdə isə cərimə yazılır.

KONKRET.az Xəzər TV-yə istinadən bildirir ki, Bakı-Qazax yolunun Hacıqabul rayonu ərazisindən keçən hissəsi bir müddətdir ki, yararsız hala düşüb. Yolun əsasən Nəvahi, Pirsaat və Atbulaq kəndləri ərazisindən keçən hissəsində sağ zolaqla hərəkət etmək mümkünsüzdür.

Sürücülər deyirlər ki, yol infrastrukturunda yaranmış nasazlığa görə qəza riski də çoxdur.

Bəs respublikanın əsas magistralından biri olan bu yolun dağılmış asfaltı nə vaxt təmir ediləcək?

Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli deyib ki, həmin ərazinin təmirinə ehtiyac var və bunun üçün təkliflər hazırlanıb.

Magistralın digər hissələrində isə əsaslı təmir işləri aparılması zərurəti yoxdur.

Videomaterialı təqdim edirik.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*