2021-ci ildə Azərbaycanın dövlət büdcəsinin gəlirləri 25 427 milyon manat, xərcləri isə 28,543 milyon manat məbləğində proqnozlaşdırılır.
KONKRET.az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.
Beləliklə, büdcə kəsri 3 116 milyon manat məbləğində nəzərdə tutulur.
2021-ci ildə dövlət büdcəsi kəsirinin ÜDM-ə nisbəti 4,1 faiz təşkil edəcək ki, bu da 2020-ci illə müqayisədə 0,6 faiz-bənd azdır.
Kəsirin maliyyələşdirilməsi özəlləşdirmədən daxilolmalar, daxili və xarici borclanma, 2021-ci ilin 1 yanvar tarixinə dövlət büdcəsinin vahid xəzinə hesabının qalığı hesabına həyata keçiriləcək.