Dənizkənarı Bulvar ərazisində əvvəlki illərin yay aylarında gəmi ilə gəzintilər mövcud idi. Lakin mövsüm açılandan gəmi ilə Bakı buxtasında gəzinti edən gəmi fəaliyyət göstərmir.
Paytaxt sakinlərinin və turistlərin fikirlərindən də aydın olur ki, bu səyahətə tələbat çoxdur.
Maraqlıdır, gəmi ilə səyahət niyə təşkil olunmur?
KONKRET.az Trend-ə istinadla xəbər verir ki, bu barədə açıqlamasında Dənizkənarı Bulvar İdarəsinin mətbuat xidmətinin rəhbəri Əfsanə Mehdiyeva Xəzər dənizində suyun səviyyəsi aşağı düşdüyündən gəmilərin fəaliyyəti müvəqqəti dayandırıldığını bildirib.
“Gəmilərin təhlükə ilə üzləşmə ehtimalı nəzərə alınaraq bu addım atılıb. Gəmilər texniki baxışdan keçiblər və saz vəziyyətdədirlər. Onların fəaliyyət göstərməsiylə bağlı heç bir problem yoxdur”, – deyə Ə. Mehdiyeva qeyd edib.