Buraxılış imtahanlarında ən yüksək nəticə göstərən məktəblər- RƏSMİbackend

Buraxılış imtahanlarında ən yüksək nəticə göstərən məktəblər - RƏSMİ

2-3 iyulda 11-ci sinif şagirdləri üçün keçirilən  buraxılış (o cümlədən əvvəlki illərin məzunları üçün Naxçıvanda keçirilmiş qəbul) imtahanlarında ən yüksək nəticə göstərən məktəblər məlum olub.

Dövlət İmtahan Mərkəzindən KONKRET.az-a verilən məlumata görə, imtahan iştirakçıları arasında ən yüksək nəticəni 291.8 bal toplayan Naxçıvan şəhəri, Heydər Əliyev adına məktəbin məzunu göstərib.

İkinci ən yüksək nəticəni 286 bal toplayan Ağcabədi rayonu, 11 saylı şəhər tam orta məktəbin məzunu göstərib. Naxçıvan MR Babək rayonu, Güznüt kənd tam orta məktəbin və Şirvan şəhəri, 16 saylı şəhər tam orta məktəbin məzunları isə hər biri 285.3 bal toplayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*