Buraxılış imtahanlarında iştirak edə bilməyənlərə yenidən şans veriləcək? – RƏSMİbackend

Buraxılış imtahanlarında iştirak edə bilməyənlərə yenidən şans veriləcək? - RƏSMİ

“Temperaturu yüksək olduğuna görə buraxılış imtahanlarında iştirak etməyən şagirdlər üçün yenidən imtahanların təşkili məsələsi TƏBİB-in səlahiyyətində olan məsələ deyil”.

KONKRET.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva məlumat verib.

O bildirib ki, bu sual daha dolğun şəkildə Təhsil Nazirliyi tərəfindən cavablandırılmalıdır:

“Daha yaxşı olar ki, bu məsələ Dövlət İmtahan Mərkəzi ilə Təhsil Nazirliyi tərəfindən müzakirə edilsin”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*