İranın cənubundakı Buşehr əyalətində nüvə stansiyasının yerləşdiyi rayonda bir neçə partlayış səsləri eşidilib.
KONKRET.az xəbər verir ki, bu barədə “Nur Nyus” məlumat yayıb.
Qeyd edək ki, ABŞ Hərbi Hava Qüvvələri bu gün İranın 3 nüvə obyektinə zərbələr endirib. Hücuma məruz qalan obyektlər arasında Buşehr nüvə stansiyası yox idi.