Bütün Android istifadəçiləri üçün həyəcan siqnalı verilibbackend

Bütün Android istifadəçiləri üçün həyəcan siqnalı verilib

“The Mirror” nəşrinin məlumatına görə, smartfon və digər cihaz sahibləri müəyyən parametrləri dərhal yoxlamalıdır. Sistem təhlükəsizliyi ilə bağlı xəbərdarlıq edilib və istifadəçilərə bu tövsiyələri nəzərə almamaqdan çəkinməmək tövsiyə olunur.

KONKRET.az xəbər verir ki, bu xəbərdarlıq, telefonun kilid ekranını qısa müddətdə aşmağa imkan verən ciddi bir zəifliyin aşkarlanması səbəbindən verilib. Hakerlər bu boşluqdan istifadə edərək cihazı bir dəqiqədən də az vaxtda ələ keçirə bilirlər.

Zəiflik şəxsi məlumatların sızmasına və cihazdakı bütün fayllara çıxış əldə edilməsinə yol aça bilər. Xüsusilə, cihazı USB vasitəsilə noutbuka qoşmaq PIN kodunun ələ keçirilməsinə və bütün məlumatlara giriş imkanını yaradır.

“Yeni Sabah” xəbər verir ki, məsələ “MediaTek” prosessorundan istifadə edən “Android” telefonlarını əhatə edir. Ekspertlər istifadəçilərə cihazlarının prosessor növünü yoxlamağı və əgər “MediaTek” çipi varsa, mövcud təhlükəsizlik yeniləmələrini dərhal quraşdırmağı tövsiyə edirlər. Qeyd olunur ki, artıq yenilənməyən köhnə cihazlar hələ də risk altında qala bilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*