Ağdaşda “Mercedes” aşdı – Ölən varbackend

Ağdaşda “Mercedes” aşdı - Ölən var

Bu gün saat 20 radələrində Ağdaş rayonunun Yuxarı Nemətabad kəndi ərazisində “Mercedes” markalı avtomobil idarəetmədən çıxaraq aşıb.

KONKRET.AZ xəbər verir ki, hadisə nəticəsində sürücü 31 yaşlı Elvin Məmmədov xəsarət alıb, sərnişin 37 yaşlı Anar Məmmədov isə aldığı xəsarətlərdən vəfat edib.

DİN-in Mətbuat Xidmətinin regional qrupundan bildirilib ki, faktla bağlı cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*