İtaliyada Corcia Meloninin başçılıq etdiyi İtaliya Qardaşları Partiyasının (FdI) mətbuat mərkəzində hər kəs bu məqamdan danışır. Belə ki, seçkilərin nəticələrini gözləyən media və siyasətçilər Murat Yıldırım və Fahriye Evcenin baş rollarda çəkildiyi “Sonsuz aşk” filminə baxıblar.
KONKRET.az xəbər verir ki, son illər türk serialları və filmləri Avropada ən çox izlənilən ölkələr arasında liderlik edir. Xüsusən də Macarıstan, Serbiya, Rumıniya, İtaliya, Çex Respublikası və Polşada türk filmlərinə rəğbət həddindən artıq çoxdur. Hətta Avropa siyasətçiləri arasında türk serialları populyardır.
Qeyd edək ki, İtaliyada keçirilən Avropa Parlamenti (AP) seçkilərində sağçı koalisiya hökumətinin əsas tərəfdaşı Corcia Meloninin başçılıq etdiyi sağçı partiya daha çox səs payı ilə seçilib.
Rəsmiyyə Şərifova,
KONKRET.az