“Bütün məsuliyyət mənim üzərimdədir” – İsrail kəşfiyyatının rəhbəri səhvini ETİRAF ETDİbackend

Bütün məsuliyyət mənim üzərimdədir” - İsrail kəşfiyyatının rəhbəri səhvini ETİRAF ETDİ

“Həmas yaraqlılarının ölkəyə qarşısı alınmayan hücumuna görə məsuliyyəti öz üzərimə götürürəm”.

KONKRET.az xəbər verir ki, bu sözləri İsrailin Baş Təhlükəsizlik Xidmətinin rəhbəri Şin Bet Ronen Bar kəşfiyyatçılara və onların ailələrinə yazdığı məktubda bildirib.

“Gördüyümüz bir sıra tədbirlərə baxmayaraq, təəssüf ki, hücumun qarşısını ala bilmədik. Məsuliyyət isə xidmətin rəhbəri kimi mənim üzərimdədir”, – İsrailin “Yediot Ahronot” qəzeti məktubdan sitat gətirir.

Bar qeyd edib ki, müvafiq araşdırmaların vaxtı gələcək, lakin hələlik İsrail müharibədədir və döyüş getməlidir. O, həmçinin bildirib ki, bu müharibə İsrail qələbə qazanana qədər davam edəcək:

“Heç bir məhdudiyyət yoxdur… Biz sona qədər gedəcəyik” – deyə Şin Bet Ronen Bar əlavə edib.

Burhan,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*