Bütün Rusiya bu azərbaycanlı qadından danışır – Putin onu qəbul edəcək – FOTOLARbackend

Bütün Rusiya bu azərbaycanlı qadından danışır - Putin onu qəbul edəcək - FOTOLAR

Dünən Rusiyanın paytaxtı Moskvada iki rus ana-bala göldə batarkən xilas olunub.

KONKRET.az xəbər verir ki, paytaxtın Lyublino rayonunda göl ətrafında öz övladı ilə gəzintidə olan azərbaycanlı xanım Elnurə Novruzova göldə ana-balanın batdığını görüb. O, övladını sahildə qoyaraq gölə tullanıb və onları xilas edib. Hadisənin dünən saat 18-00-da baş verdiyi deyilir.

Göldə batan oğlan uşağı

Hazırda Moskva şəhərinin Lyublino rayon Administrasiyası prezident Vladimir Putinə təqdimat ünvanlayıb. Rayon sakinləri Elnurə Əhməd qızı Novruzovanın “Rusiya qəhrəmanı” adına layiq görülməsi məqsədilə Administrasiyanın önündə piket keçiriblər.

Qeyd edək ki, Elnurə Novruzova Ağcabədidən olan məşhur iş adamı İrəvanlı Əhmədin qızıdır.

 

  • Kəmalə
    İyun 18, 2020 - 03:34

    Allah sizi qorusun sağol varol Qeyretli bacim .Alla ürəyindəki arzuya catdirsin səni .Var ol

  • Qurban Bayramov, tənqidçi-ədəbiyyatşünas.
    İyun 20, 2020 - 12:03

    Elnurə Əhməd qızı Novruzovanın bu insanpərvərliyi, humanizmi Azərbaycan xalqının mentalının açarıdır… Bu igidliyi bizim media və xarici işlər nazirliyi yüksək dərəcədə təbliğ etməli və qiymətləndərməlidir… Qoy görsünlər ki, Azərbaycanlılar nə qədər böyük insansevərdir… Ölümdən qorxmayaraq özgəni ölümdən xilas edən xalqın övladına eşq olsun!!

  • Pərviz Cəfərov
    İyun 20, 2020 - 14:45

    Bizim millətə xas olan bir hərəkətdir.Düzdür hər kəsdə o cəsarət ola bilməz.Belə adamlar,həm də ki qadın,bu yüz faizli qəhrəmanlıq əlamətidir.Bu xanıma,bacımıza rusiyada qəhrəman adı verilməlidir,təbliğ edilməlidir.Bu qadının tam insanpərvərliyindən irəli gələn bir hərəkətidir.Rus hakimiyyəti onu necə qiymətləndirəcək özləri bilərlər,amma bizim ölkə rəhbərliyi onu həqiqətən qəhrəman qadın elan etməlidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*