Buxarest meri Rumıniya prezidentliyinə namizəd olacağını açıqladıbackend

Buxarest meri Rumıniya prezidentliyinə namizəd olacağını açıqladı

Gələn il Rumıniyada prezident seçkiləri keçiriləcək. Artıq namizədlərdən biri məlumdur.

KONKRET.az TASS-a istinadən xəbər verir ki, bu, Buxarest şəhərinin meri Nikuzor Dandır. Mənbə bildirir ki, bu barədə şəhər administrasiyasının rəhbəri mətbuat konfransında məlumat verib: “Biz 1989-cu il inqilabından bəri ən çətin dönüş nöqtəsini yaşayırıq.  Son seçkilər zamanı rumınlar açıq şəkildə bildirdilər ki, yalanlar həddən artıq çoxdur, siyasətçilər guya problemləri həll etməyə çalışırlar. 2025-ci ildə prezidentliyə namizədliyimi irəli sürmək niyyətində olduğumu bildirirəm”. Paytaxt meri Rumıniyada üç əsas problemin olduğunu bildirib. Bunlar korrupsiya və dövlət qurumlarının fəaliyyəti, Rumıniyanın inkişaf istiqamətinin olmaması və Rumıniyanın əks sosial-mədəni kateqoriyalarıdır. Dan seçkilərdə  müstəqil namizəd kimi iştirak edəcəyini, lakin “Avropayönlü partiyalarla dialoqa açıq olduğunu” bildirib.

Vəli Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*