“Can Azərbaycanla münasibətlərimiz dünyada qibtə ilə izlənilir”backend

“Can Azərbaycanla münasibətlərimiz dünyada qibtə ilə izlənilir”

“Can Azərbaycanla münasibətlərimiz dünyada qibtə ilə izlənilir”.

KONKRET.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident Kabinetinin 8 saat davam edən iclasından dərhal sonra verdiyi açıqlamada bildirib.

“Biz qardaşlarımızı ehtiyac duyduğumuz hər zaman yanımızda görürdük. Zəlzələlərdən sonrakı Azərbaycanın həmrəyliyini heç vaxt unuda bilmərik. Qızlarının cehizini zəlzələdən zərərçəkənlərə bağışlayan o mərhəmətli insanları minnətdarlıqla xatırlayacağıq. Xüsusən də qardaşım İlhamın dəstəyi ürəyimizin ən yüksək yerindədir. Qardaşım İlham Əliyevlə görüşlərimizdə ikitərəfli inkişafı artıracaq yeni qərarlar qəbul etdik. Biz Türkiyə-Azərbaycan universitetinin yaradılmasına böyük əhəmiyyət veririk. Biz regionumuzda sülh və sabitliyin bərqərar olması ilə bağlı qəti mövqeyimizi yeniləmişik”, – deyə Türkiyə Prezidenti qeyd edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*