Canan Karatay hakim qarşısındabackend

Canan Karatay hakim qarşısında

Prof. Dr. Canan Karatay keçmiş xəstəsinin ölümü ilə bağlı “səhv tibbi tətbiq” iddiası ilə açılan məhkəmədə ilk dəfə ifadə verdi.

KONKRET.az Türkiyə mediasına istinadən xəbər verir ki, Karatay 4 ildir görmədiyi bir xəstə səbəbilə günahlandırıldığını və təklif etdiyi müalicələrin xəstənin vəziyyətini yaxşılaşdırdığını söylədi.

Qeyd edək ki, 2016-cı ildə Karatay bypass əməliyyatı təklif olunan xəstəyə əməliyyatsız müalicə tətbiq etmişdi. Xəstəyə yüksək dozda tuz istifadəsi və bəzi vitamin əlavələri məsləhət görülmüşdü. Lakin xəstə sonradan böyrək çatışmazlığı və xərçəng diaqnozları alıb və 2024-cü ildə vəfat edib.

Məhkəmə üzrə tərəflər arasında ittiham və müdafiələr təqdim edilib. Növbəti məhkəmə 25 aprel 2025-ci il tarixinə təxirə salınıb. / baku.ws

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*