Canlı yayımda saçı qırxılan qadın: Ərim məni şantaj etməyə başladıbackend

Canlı yayımda saçı qırxılan qadın: Ərim məni şantaj etməyə başladı

Bir neçə gün öncə həyat yoldaşı Tamerlan Məmmədov tərəfindən sosial şəbəkədə canlı yayımda saçı qırxılan

KONKRET.az xəbər verir ki, Pərvanə İsmayılova hadisənin təfərrüatını Teleqraf-a danışıb.

Zərərçəkən P.İsmayılova bildirib ki, onlar arasında münasibətlər daha öncə pozulub.

“Bu ilin avqustunda Tamerlanla ailə həyatı qurmuşam. Hazırda onunla rəsmi nigahdayam. Mənim birinci həyat yoldaşımdan 10 yaşlı oğlum var. Tamerlan sonuncu dəfə uşağımı aldadaraq mənzilimə daxil oldu və mənə işgəncə verdi” – deyə, P.İsmayılova qeyd edib.

Zərərçəkmiş onu da əlavə edib ki, məlum hadisəyə səbəb Tamerlanın onu videogörüntüləri ilə şantaj etməsi olub.

P.İsmayılova sahibkar, T.Məmmədov isə dövlət qulluqçusu olub. Qadın məlum hadisədən sonra polisə müraciət edib.

T.Məmmədov saxlanılaraq barəsində Cinayət Məcəlləsinin 133-cü (əzab vermə) maddəsi üzrə cinayət işi başlanılıb. Onu iki ildən beş ilədək müddətə azadlıqdan məhrumetmə cəzası gözləyir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*