“Nikol Paşinyanın gücü Qarabağdakı böhrana görə dəqiqəbədəqiqə zəifləyir. Xüsusən də baş nazirin nə daxili, nə də xarici dəstəyi var”.
KONKRET.az xəbər verir ki, bunu siyasi analitik Tinatin Caparidze bildirib.
”Onilliklər ərzində Ermənistan təhlükəsizlik qarantı kimi Rusiyaya arxalanıb. Lakin hakimiyyət Kremlə görə getdikcə məyus olur. Proseslər isə göstəriri ki, iki ölkə bir-birindən getdikcə ayrılır.
Tinatin Caparidze bildirib ki, Azərbaycan bundan sonra nə baş verəcəyini özü müəyyən edəcək: “Ermənistanda siyasi nöqteyi-nəzərdən Paşinyanın rəhbərliyi ilə nələrin baş verdiyini və bundan sonra onun sağ qalıb-qalmayacağını görmək çox maraqlı olacaq”.
O, əlavə edib ki, Azərbaycana qarşı heç bir sanksiyalar gözlənilmir.
Erməni mafiyası əvvəldən qərbpərəst olub. Aqanbekyan nədən gedib Parisdə çıxış edərək Qarabağı Ermənistana birləşdirməkdən danışdı. Sovet erməniləri ümid edirdilər ki, SSRİ dağılsa qərb onlara kömək edəcək.