Əməkdar artist Firuzə İbadova uzun fasilədən sonra ARB TV- də yayımlanan “Maqazin plus” verilişinin əməkdaşı ilə söhbətləşib.
KONKRET.az xebersiz.az-a istinadla xəbər verir ki, o, zamanla ayaqlaşa bilmədiyini, elə buna görə də hər kəsdən uzaqlaşdığını söyləyib.
İbadova hələ də Cavanşir Məmmədovun qəfil ölümünü qəbul edə bilmədiyini deyərək göz yaşlarını saxlaya bilməyib.