Çavuşoğlu: “Qərb Qarabağda Azərbaycan bayrağının dalğalanmasından narahatdır”backend

Çavuşoğlu: "Qərb Qarabağda Azərbaycan bayrağının dalğalanmasından narahatdır"

“Artıq Qarabağda şanlı Azərbaycan bayrağı dalğalanır, amma bu Qərbin xoşuna gəlmir”.

KONKRET.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu “Lider haber” TV-yə müsahibəsində deyib.

O bildirib ki, Türkiyə istehsalı olan PUA-ların Qarabağdakı fəaliyyətinin pisləməsi də bununla bağlıdır:

“Halbuki bizim texnikalarımızın Ukraynada gördüyü işləri tərifləyirdilər”.

M.Çavuşoğlu söyləyib ki, Türkiyə hər bir məsələdə əvvəlcə öz mənfəətlərini nəzərə alır: “Qərbin dedikləri ilə oturub-durmuruq. Rusiya ilə əlaqənin kəsməyin, bu dövlətə sanksiya tətbiq etməyin bizə faydası yoxdur, əksinə ziyanı var”.//Report

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*