Əməliyyat elə indi başlayıb.
KONKRET.az xəbər verir ki, bu barədə ÇAXAL-ın yaydığı bəyanatda bildirilib.
“İsrail ordusu İranı qəfil yaxaladı. Amma biz İranın cavab addımlarına hazırlaşırıq. Bilirik ki, onlar cavab verməyə hazırlaşır”, – bəyanatda qeyd olunub.
Qeyd edək ki, İsrail Hərbi Hava Qüvvələri 13 iyun səhər tezdən İranın nüvə və hərbi bazalarına dağıdıcı zərbələr endirib. Zərbələr nəticəsində İranın Natanzdakı nüvə obyekti, Təbriz və digər şəhərlərdəki hərbi və raket bazaları vurulub, həmçinin İranın hərbi komandanları, məşhur nüvə alimləri öldürülüb.