Çay dəmləməyin bilinməyən faydaları var – Alimlər AÇIQLADIbackend

Çay dəmləməyin bilinməyən faydaları var - Alimlər AÇIQLADI

Alimlər ABŞ-ın Şimal-Qərb Universitetindəki yeni araşdırmalarının nəticələrini açıqlayıb.

KONKRET.az milli.az-a istinadla xəbər verir ki, araşdırmada çay dəmləmənin suda olan ağır metalları, xüsusilə qurğuşun və kadmiumu, “əhəmiyyətli dərəcədə” azaltdığı müəyyən edilib. Çayın dəmləmə prosesi suda bu metal ionları ilə kimyəvi bağlar yaradaraq onları sudan çıxarmağa kömək edir.

Araşdırmada müxtəlif çay növləri, çay paketləri və dəmləmə üsulları suda ağır metalların miqdarına təsirini göstərmişdir.

Tədqiqatçıların dediyinə görə, incə üyüdülmüş qara çay yarpaqları, böyük səth sahəsi sayəsində ağır metal ionlarını sudan böyük ölçüdə çıxara bilir. Həmçinin, çayın dəmləmə müddətinin uzanması ilə bu təsir artır. Sellülozadan hazırlanan çay paketləri isə pambıq və neylondan daha təsirli olub.

Bu araşdırmanın nəticələri içməli suyun ağır metal çirkliliyi ilə qarşılaşan bölgələrdə çayın sağlamlığa müsbət təsir göstərə biləcəyini göstərir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*