İsrailin Cəbəliyə qaçqın düşərgəsinə endirdiyi hava zərbələri nəticəsində azı 195 nəfər həlak olub.
KONKRET.az TASS-a istinadən xəbər verir ki, bu barədə Fələstinin radikal HƏMAS hərəkatının yaydığı bəyanatda deyilir.
Məlumata görə, təxminən 120 nəfər dağıntılar altındadır, 777 nəfər isə yaralanıb.
Qeyd edək ki, oktyabrın 31-də İsrail HƏMAS-ın nəzarətində Cəbəliyə qaçqın düşərgəsinə bir sıra hava zərbələri endirib.
Ariz Həsənoğlu,
KONKRET.az