“Nə qədər ki, sabitliyin pozulması üçün səbəblər var, cəbhə xəttində vaxtaşırı silahlı toqquşmalar baş verəcək”.
KONKRET.az erməni mediasına istinadən xəbər verir ki, bu barədə “Mənim şərəfim var” parlament fraksiyasının katibi Tiqran Abramyan deyib:
“Türkiyə baş verənlər ön planda gedən proseslərə böyük təsir göstərir. Lakin hadisələrin belə gedişatına tək səbəb onlar deyil. Məhz Ermənistan və Azərbaycan arasında gedən danışıqlarda mövcud olan problemlər müharibədən sonrakı dövrdə toqquşmalara gətirib çıxarır”, – deyə Abramyan vurğulayıb.
“Ermənistan hakimiyyəti danışıqlar prosesində güzəştə getməkdə davam edir, lakin Azərbaycanın tələbləri xeyli artır. Nə qədər ki, sabitliyini pozan səbəblər var, bunlar özünü silahlı insident formasında cəbhə xəttində göstərəcək. Onların hansı miqyasda olacağı və necə inkişaf edəcəyi isə vəziyyətin mürəkkəbliyindən asılıdır”, – deyə Abramyan fikirlərini tamamlayıb.
Müşviq Tofiqoğlu,
KONKRET.az