Cəbrayılda 1361 mənzilli iki yeni yaşayış kompleksi inşa olunacaq – FOTOLARbackend

Cəbrayılda 1361 mənzilli iki yeni yaşayış kompleksi inşa olunacaq - FOTOLAR

Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Cəbrayıl şəhərində inşa ediləcək 2-ci və 3-cü yaşayış komplekslərinin layihə sənədlərini paylaşıb.

KONKRET.az xəbər verir ki, oktyabrın 28-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən təməli qoyulan komplekslərin Komitə nəzdində fəaliyyət göstərən Bakı Dövlət Layihə İnstitutu tərəfindən layihələndirildiyi bildirilib.

Layihəyə əsasən, ümumən 10 hektardan artıq ərazidə salınacaq hər iki kompleksdə 50-yə yaxın 5, 6 və 7 mərtəbəli bina inşa ediləcək. Zəruri sosial infrastrukturla təchiz ediləcək binalar 1-5 otaqdan ibarət 1361 mənzili əhatə edəcək.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*