Çeçenistandan olan 3 nəfər Belçikada terror aktı hazırlamaqda şübhəli bilinərək həbs edildibackend

Çeçenistandan olan 3 nəfər Belçikada terror aktı hazırlamaqda şübhəli bilinərək həbs edildi

Əslən Çeçenistandan olan 3 nəfər Belçikada terror aktı hazırlamaqda şübhəli bilinərək radikal qruplaşmanın fəaliyyəti ilə bağlı aparılan istintaq çərçivəsində həbs edilib.

KONKRET.az TASS-a istinadən xəbər verir ki, bu barədə krallığın federal prokurorluğu məlumat yayıb.

“Antiterror istintaqı çərçivəsində çeçen əsilli üç nəfər həbs edilib”, – prokurorluq bildirib.

Qeyd edək ki, iyulun 25-də Belçikanın hüquq-mühafizə orqanları iri antiterror əməliyyatı barədə məlumat veriblər və bu əməliyyat zamanı 7 nəfər saxlanılıb, 14 axtarış əməliyyatı aparılıb. Yeddisinin hamısı Belçikadakı çeçen diasporunun üzvüdür, onlardan dördü azad edilib.

Prokurorluq planlaşdırılan terror aktının məqsədi ilə bağlı hər hansı təfərrüat verməkdən imtina edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*