Celal Şengör HƏBS edilə bilərbackend

Celal Şengör HƏBS edilə bilər

Türkiyənin Beykoz Baş Prokurorluğu Prof. Dr. Celal Şengörə qarşı ittiham aktı tərtib edib.

KONKRET.az xəbər verir ki, ona “Türk millətini, Türkiyə Cümhuriyyəti Dövlətini və orqanlarını alçaltmaq” maddəsi ilə 6 aydan 2 ilədək həbs cəzası tələb olunur.

İttihamata görə, 20 noyabr 2024-dən əvvəl sosial mediada yayılan videoda Şengör “Türk millətinin zəka səviyyəsi” barədə fikirlər səsləndirib. Buna görə rəsmi istintaq 12 may 2025-də başlayıb.

Şengörün müdafiəsi bildirir ki, o, fikirlərini elmi sənədlərə əsaslanaraq söyləyib və məqsədi təhqir deyil. Vəkillər deyir ki, video kadrları kontekstdən çıxarılıb.

Prokurorluğun sənədində qeyd olunub ki, paylaşım məzmunu, Şengörün etirafı və işin digər sübutları birgə qiymətləndirildikdə, Şengörün üzərinə atılan cinayəti törətdiyi qənaətinə gəlinib.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*