Cəlilabadda nəqliyyat vasitəsi piyadanı vurub.
KONKRET.az xəbər verir ki, hadisə rayonun Uzuntəpə kəndində qeydə alınıb. “Niva” markalı minik avtomobili hərəkətdə olarkən piyada olan Lalə Rüstəmovanı vurub. Qadın aldığı xəsarətlərdən hadisə yerində ölüb.
Faktla bağlı araşdırma aparılır.