Cəlilabadda qanunsuz ov edənlər paytaxt sakinləri saxlanıldıbackend

Cəlilabadda qanunsuz ov edənlər paytaxt sakinləri saxlanıldı

Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşlarının qanunsuz ovun, mülki silahın daşınması qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə keçirdikləri növbəti tədbirlər nəticəsində rayon ərazisində ov üçün nəzərdə tutulmayan yerdə qanunsuz ov edən Bakı şəhər sakinləri N.Qasımov və E.Fətəliyev saxlanılıblar.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan KONKRET.az-a verilən məlumata görə, Onlardan 1 ədəd “Hatsan” markalı, 1 ədəd “Turac” markalı ov silahları və qanunsuz olaraq ovlanmış çöl heyvanları aşkarlanıb.

Faktla bağlı İnzibati Xətalar Məcəlləsinin 272.3-cü (Ov qaydalarının kobud şəkildə pozulması) maddəsi ilə inzibati protokol tərtib olunaraq baxılması üçün Rayon Məhkəməsinə göndərilib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*