Türkiyəli aktyor Cem Yılmaz şəxsi həyatı ilə gündəmə gəlib.
KONKRET.az Türkiyə KİV-ə istinadən xəbər verir ki, aktyorun aktrisa Ahu Yağtuya ödəyəcəyi aliment məsələsinə qərar verilib.
Belə ki, Cem Yılmazın dolların məzənnəsinin artması və pandemiya səbəbindən alimentin azaldılması tələbinə etiraz edən aktrisa alimetin 10 min dollardan 70 min lirəyə endirilməsi ilə bağlı qərarın ləğvi üçün apellyasiya məhkəməsinə müraciət etmişdi.
Qərara əsasən, Cem Yılmaz həyat yoldaşına aylıq 10 min dollar aliment ödəməyə davam edəcək.
Qeyd edək ki, 2012-ci ildə evlənib 2013-cü ildə boşanan cütlüyün Kamal adlı bir oğlu var.