Cəmi 156 min əhalisi var – DÇ-2026-ya vəsiqə qazandılarbackend

Cəmi 156 min əhalisi var - DÇ-2026-ya vəsiqə qazandılar

Kurasao millisi tarixi bir uğura imza atıb.

KONKRET.az xəbər verir ki, komanda bunu DÇ-2026-da iştirak hüququ əldə etməklə bacarıb.

Kurasao millisi Şimali Amerika seçmə mərhələsinin 6-cı turunda Yamayka ilə qarşılaşıb və 0:0 hesablı heç-heçə edib. Nəticədə 2-ci qrupda mübarizə aparan komanda mundiala birbaşa vəsiqəni rəsmiləşdirib.

Belə ki, Kurasao yığması mundiala vəsiqə qazanan ən kiçik ölkə olub. Sözügedən ölkənin cəmi 156 min əhalisi var. Kurasao millisi bu göstəricidə İslandiyanın rekordunu qırıb.

Kurasao yığmasının hazırkı baş məşqçisi Dik Advokatdır. O, 2024-cü ilin yanvarından yığmanı çalışdırır. Lakin mütəxəssis Yamayka ilə görüşdə komandasının yanında ola bilməyib.

Həmçinin qeyd edək ki, bu yığma tarixində ilk dəfə mundialda çıxış edəcək.

Xatırladaq ki, Kurasao millisi ilə yanaşı, daha 36 komanda DÇ-2026-ya vəsiqə qazanıb. Bunlar Yaponiya, Yeni Zelandiya, İran, Argentina, Özbəkistan, Cənubi Koreya, İordaniya, Avstraliya, Braziliya, Ekvador, Uruqvay, Kolumbiya, Paraqvay, Mərakeş, Tunis, Misir, Əlcəzair, Qana, Kabo-Verde, Cənubi Afrika, Qətər, Səudiyyə Ərəbistanı, İngiltərə, Seneqal, Kot-d’İvuar, Fransa, Xorvatiya, Norveç, Portuqaliya, Almaniya, Niderlanddır. ABŞ, Kanada və Meksika isə ev sahibləri kimi DÇ-2026 üçün birbaşa iştirak hüququ əldə ediblər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*