“Cənab Baş nazir, bizimlə sizin aranızdakı fərqi bilirsinizmi? Sən bizdən qorxursan, biz yox” – FOTObackend

“Cənab Baş nazir, bizimlə sizin aranızdakı fərqi bilirsinizmi? Sən bizdən qorxursan, biz yox” - FOTO

Armen Aşotyan

Konkret.az keçmiş təhsil və elm naziri Armen Aşotyanın facebook səhifəsinə istinadla xəbər verir ki, Nikol Paşinyan və “Saşna Tsrer” arasındakı görüş sosial şəbəkələrdə daha çox müzakirə edilir. “İzləyicilər internetdə Ermənistan-İtaliya futbol oyununu heç bu qədər müzakirə etmədilər”, – deyə Aşotyan ironiya ilə bildirib.

“Əlbəttə ki, fakt özü dəhşətlidir. Ölkənin Baş naziri üç polisi öldürən, ölkə polisinə hücum edən bir qrup hərbçini qəbul edib”, – yazan siyasətçi vurğulayıb ki, görüşdən sonra Jirayr Səfilyanın açıqlamaları daha dəhşətlidir. Deməli, belə çıxır ki, Paşinyanı hakimiyyətdə qalması üçün onun silahlı üsyançılara, terror qanadına ciddi ehtiyacı var?

Eks-nazir vurğulayıb ki, son 15 ay ərzində bütün dövlət repressiya aparatı siyasi müxalifləri susdurmaq üçün əlindən gələni edib. Lakin bu repressiyalar Nikolun xeyrinə işləmir.

Aşotyan bildirib ki, bütün cəhdlərə baxmayaraq, bu gün əksəriyyət ölkədəki qanunsuzluq və xaos barədə artıq danışmağa başlayıb.

Amma Paşinyan terrorçu bir qrupun ağzı ilə çox şeyi qadağan etmək xəyalı ilə yaşayır.

“Cənab Baş nazir, bizimlə sizin arasındakı fərqi bilirsinizmi? Sən bizdən qorxursan, biz yox. Qanlı əllərinizi həm Respublikaçılar Partiyasından, həm də Ermənistandan uzaqlaşdıracaqsınız”, – deyə Aşotyan statusunda bildirib.

Hazırladı: Fadil PAŞAYEV

 

Bir cavab yazın