Cenifer Lopezə görə Ermənistanda qalmaqalbackend

Cenifer Lopezə görə Ermənistanda qalmaqal

Doğrudan da bu erməni həyasızlığı sağalmaz xəstəlikdir. Bir yandan haray-həşir salıb aclarından öldüklərini dünyaya səs salırlar, digər tərəfdən isə keflərindən geri qalmayaraq, nə az, nə çox 8 milyon dollar xərcləyib Cenifer Lopezi Ermənistana gətirdirlər.

KONKRET.az xəbər verir ki, erməni mediası Ermənistan hakimiyyətinin konsertlərə 23,2 milyon dollar xərcləyəcəkləri ilə bağlı məlumat yaysa da, sonradan bunu ört-basdır etmək üçün təkzib etməyə çalışıblar.

Ancaq rəsmi sənədlər ortadadır və həmin sənədlər çap olunub.

Paşinyan hökuməti Cenifer Lopezi Ermənistana gətirmək üçün təxminən 8 milyon dollar xərcləmək qərarına gəlib.

Erməni mediasında isə deyilir: “Qarabağ, sən gözlə, biz Ceniferi gətiririk…”

Cenifer Lopezin səfəri ilə bağlı sənədin fotosunu da təqdim edirik./Ölkə.Az

1690622186_whatsapp-image-2023-0.jpg (96 KB)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*