Cənubi Koreya və ABŞ KXDR ilə sərhəddə təlimlər keçirirbackend

Cənubi Koreya və ABŞ KXDR ilə sərhəddə təlimlər keçirir

Cənubi Koreya və ABŞ KXDR ilə həmsərhəd regionda kütləvi artilleriya tətbiqi ilə gözlənilməz hücumu dəf etmək üçün genişmiqyaslı təlimlər keçirir.

KONKRET.az xəbər verir ki, bu barədə Yonhap agentliyi Cənubi Koreya ordusuna istinadən məlumat yayıb.

Manevrlər oktyabrın 25-dən 27-dək keçiriləcək. Təlimlərin məqsədi gözlənilməz hücum zamanı düşmənin uzaqmənzilli artilleriyasına qarşı döyüş hazırlığının səviyyəsini artırmaqdır.

Qeyd edək ki, ölkə üzrə keçirilən təlimlərə hər iki tərəfdən 5400-dən çox hərbçi və 300-ə yaxın artilleriya qurğusu cəlb edilib.

Ariz Həsənoğlu,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*