Cənubi Koreyanın müdafiə naziri istənilən ehtiyatsız hərəkətə görə Şimali Koreyanı cəhənnəmə döndərəcəkləri ilə hədələyib.
KONKRET.az Reuters agentliyinə istinadən xəbər verir ki, gərgin ritorikaya səbəb Pxenyanın 2018-ci ildə imzaladığı hərbi pakta əməl etməyəcəyini söyləməsidir.
Pxenyanın bu addımı Cənubi Koreyanın Şimali Koreyanın casus peyk buraxmasından sonra razılaşmanı qismən dayandıracağını bildirməsindən sonra atılıb.
Cənubi Koreyanın müdafiə naziri Şin Von-sik bildirib ki, Şimali Koreyanın iki seçimi var: “Ya sülh ya müharibə. İkinci onların məhvi deməkdir. Şimali Koreya dünyaya zərər verən ehtiyatsız hərəkətlər edərsə, axırları cəhənnəm olacaq”.
Şin bildirib ki, düşmənə ölümcül zərbə vurulacaq. Komandirlərlə görüşdə Şin ordunun öz imkanlarını artırmaq üçün atdığı addımları qeyd edib. Bura öz peyklərinin buraxılması, əsgərlərin rifahının yaxşılaşdırılması daxildir.
Eyni zamanda Şimalın hərbi təhdidlərinə qarşı çıxmaq üçün nəzərdə tutulan Cənubun “üç oxlu” müdafiə sisteminin, o cümlədən zəruri hallarda qabaqlayıcı zərbələrin endirilməsini nəzərdə tutan hərbi planların gücləndirilməsi də nəzərdən keçirilir.
Vəli Həsənov,
KONKRET.az