“Cənubi Qafqazda bütün respublikaların əraziləri Azərbaycanın olub” – Qərbi Zəngəzur AÇIQLAMASIbackend

“Cənubi Qafqazda bütün respublikaların əraziləri Azərbaycanın olub” – Qərbi Zəngəzur AÇIQLAMASI

Ölkə başçısı İlham Əliyevin son çıxışında Ermənistana xəbərdarlıq etməsi gündəmin ən çox müzakirə olunan mövzusuna çevrilib. Belə ki, Prezident çıxışında Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü şübhə altına aldığını deyib.  Buna adekvat olaraq rəsmi Bakının da onun ərazi bütövlüyünə qarşı analoji addımlar atacağını diqqətə çatdırıb. Ali baş Komandanın “əgər Ermənistan Qarabağ erməniləri üçün status tələb etməkdə davam edərsə niyə azərbaycanlılar Qərbi Zəngəzur üçün status tələb etməsinlər?” fikiri isə düşmənə sözün əsl mənasında “od qoyub”.

Mövzunu KONKRET.az-a şərh edən politoloq Sədrəddin Soltan bildirib ki, Azərbaycan tərəfi heç bir ölkəyə qarşı ərazi iddiası ilə çıxış etmir: “Azərbaycan beynəlxalq səviyyədə tanınan sərhədləri çərçivəsində öz ərazilərinin erməni separatçılarından təmizlənməsini istəyir. Dünya da ölkəmizin bu mövqeyini dəstəkləyir. Prezident İlham Əliyev də bu istiqamətdə bir neçə məsələni vurğulayıb. Bunlardan biri də odur ki, Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır, delimitasiya və demarkasiya prosesinin həllini sürətləndirməlidir, eləcə də nəqliyyat xəttlərinin açılması istiqamətində fəaliyyət göstərməlidir. Bu həm də Zəngəzur dəhlizinin açılması deməkdir. Amma belə görünür ki, proseslərə mane olan qüvvə var və bu, Rusiyadır. Yəni Azərbaycanın ərazi bütövlüyünün tanınmasına, Ermənistan Azərbaycan münasibətlərinin normallaşmasına mane olan yeganə faktor Rusiyadır. Bunu biz birmənalı şəkildə Ermənisatndakı aksiyalar fonunda görürük. Azərbaycanın isə Ermənistana qarşı ərazi iddiaları yoxdur. Sadəcə olaraq sərhədlərin tanınması ilə bağlı bir neçə xəritə mövcuddur. Onlardan biri Cümhuriyyət dövrünün, digəri isə 1920-ci ilin xəritəsidir. Xalq Cühmuriyyətinin varisi olaraq Azərbaycan Respublikası həmin dövrün ərazilərinin sahibi hesab edilir. Belə olan təqdirdə isə Qərbi Zəngəzur Azərbaycanın ərazisi sayılır. Bu gün İlham Əliyevin məlum çıxışı onu deməyə əsas verir ki, Azərbaycan, Cümhuriyyətin varisi kimi o dövrün ərazilərinə sahiblənməlidir”.

Sədrəddin Soltan: “İrandakı vəziyyətin qənaətbəxş olmayacağı ehtimal edilir” Pravda.az

Politoloq əlavə edib ki, Qərbi Zəngəzurun Azərbaycanın tərkib hissəsinə keçməsi günün məsələsi deyil: “Bildiyiniz kimi Cənubi Qafqazda demək olar ki, bütün respublikaların ərazisi Azərbaycanın olub. Dərbənd, Borçalı, İrəvan və digər yerləri misal göstərmək olar. Amma indiki şəraitdə Azərbaycan bu torpaqları öz tərkibinə qatmaqda iddialı deyil. Azərbaycan tərəfi indiki sərhədlər daxilində öz ərazilərinin toxunulmazlığını təmin etmək niyyətindədir. Əks halda isə rəsmi Bakı tələblər irəli sürəcək. Amma bu, daha çox diplomatik jest kimi qəbul olunmalıdır. Çünki Azərbaycan heç vaxt Qərbi Zəngəzurda əməliyyat aparmayıb. Bundan sonra da belə bir addım atacağına inanmıram. Belə olan halda regionda Azərbaycana qarşı fərqli aksiyalar başlaya bilər. Bu isə indiki şəraitdə Azərbaycan üçün sərfəli deyil. Lakin rəsmi Bakı dünyaya bu torpaqların da Azərbaycanın olması  barədə mesajlar verir. Eləcə də həmin ərazilərin Azərbaycanın tərkibinə qatılmasının mümkünlüyünü çatdırır”.

Müşviq Tofiqoğlu,

KONKRET.az

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*