“Ermənistanın düşməni Fransanın düşmənidir”.
KONKRET.az xəbər verir ki, bunu Fransanınn daxili işlər naziri Cerald Darmanin ölkədəki erməni təşkilatlarının əlaqələndirmə şurası ilə görüşündə deyib.
“Ermənistanın düşməni Fransanın düşmənidir”, – deyə daxili işlər naziri bildirib.
Daha sonra Fransanın Ermənistandakı keçmiş səfiri Conatan Lakot öz Twitter səhifəsində bu qalmaqallı fikri təkrarlayıb.
“Ermənistanın rəqibləri Fransanın rəqibləridir. Gerald Darmanin daxili işlər naziridir, prezidenti və hökuməti illik CCAF şam yeməyində təmsil edir”,- deyə Lakot yazıb.
Xuraman Etibarlı,
KONKRET.az
Ermənistanın düşməni Türkiyə və Azərbaycandır. Bu məntiqlə Fransa dövləti Nazirin dili ilə dövlət səviyyəsində açıq mətnlə elan edir ki, bizim düşmənimizdir. Belə olan halda dövlətimizin də xalqımızın da Fransaya düşmən dövlət kimi, yəni Ermənistana yanaşdığımız kimi yanaşmağa haqlıyıq. Bilin ey xalq: Fransa bizim düşmənimizdir!