Çevriliş planının arxasındakı güc ortaya çıxdı – Sensasion iddiabackend

Çevriliş planının arxasındakı güc ortaya çıxdı – Sensasion iddia

ABŞ-ın “Blackwater” şirkətinin qurucusu, Amerika Donanmasının keçmiş zabiti Erik Prinsin Qərbin xüsusi xidmət orqanları ilə birlikdə Liviyada qiyamçı qüvvələrin lideri Xəlifə Haftara hərbi və kəşfiyyat dəstəyi verərək, legitim hakimiyyəti iki dəfə devirməyə cəhd etdiyi üzə çıxıb.

KONKRET.az xəbər verir ki, bu barədə Türkiyənin “Anadolu” agentliyi məlumat yayıb.

Agentliyin əldə etdiyi məxfi sənədlərə görə, 2019-cu ilin iyun ayında xarici kəşfiyyat Haftara hücum vertolyotları, kəşfiyyat təyyarələri və dənizdən dəstək verməklə, son dərəcə yaxşı maliyyələşdirilmiş əməliyyat planlaşdırıb.

“Opus” adlandırılan əməliyyatda yüksək vəzifəli şəxslərin qaçırılması və öldürülməsi nəzərdə tutulub.

Əməliyyatın planlaşdırılması, idarə edilməsi və maliyyələşdirilməsi üçün Birləşmiş Ərəb Əmirliklərində (BƏƏ) yerləşən üç şirkətin (“Lancaster 6 DMCC”, “L-6 FZE” və “Opus Capital Asset Limited FZE”) imkanlarından istifadə edilib.

General Haftarı dəstəklənməsi üçün hərbi helikopterlərin İordaniyadan alınması nəzərdə tutulub. Lakin İordaniya hakimiyyəti plandan xəbərdar olduqda helikopterlərin satışını dayandırıb. Bundan sonra Cənubi Afrika Respublikası, BƏƏ, Bolqarıstan və Avstriya şirkətlərindən hücum helikopterləri və kəşfiyyat təyyarələri alınıb. Helikopterlər və təyyarələrin alınmasına Erik Prins kömək edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*