Çexiya vətəndaşlarını Ukraynadan çıxarırbackend

Çexiya vətəndaşlarını Ukraynadan çıxarır

“Ukraynada olan Çexiya vətəndaşları bu ölkəni tərk etməlidirlər”.

KONKRET.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Çexiyanın xarici işlər naziri Yan Lipavski deyib.

“Biz tərəfdaşlarımız və müttəfiqlərimizlə daimi təmasdayıq. Ukraynaya səfərlər haqqında tövsiyələr dərc ediləcək. Mən vətəndaşlarımızı bu vaxt Ukraynaya səfər etməməyə çağırmaq istəyirəm”.

Xarici İşlər Nazirliyinin məlumatına görə, Ukraynada 114 Çexiya vətəndaşı var. Respublikanın bu ölkədəki səfirliyi və baş konsulluğu əsas funksiyalarını yerinə yetirməkdə davam edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*