Ceyhun Bayramov: COP29-un nəticələri ilə bağlı nikbinikbackend

Ceyhun Bayramov: COP29-un nəticələri ilə bağlı nikbinik

Məlum olduğu kimi, Azərbaycan bu mürəkkəb iqlim danışıqları prosesində əvvəldən iştirak edir.

KONKRET.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov COP29-un kuluarlarında jurnalistlərə açıqlamasında bildirib.

“Bir çox ölkələrdən fərqli olaraq bizim iki ilimiz yox, cəmi 11 ayımız olmasına baxmayaraq, tərəflərin mövqelərini yaxınlaşdırmaq və bu konfransda mühüm nəticələrin əldə edilməsinə yönəlmiş əməkdaşlıq platforması yaratmaq üçün əlimizdən gələni etdik”, – nazir qeyd edib.

XİN rəhbəri noyabrın 11-də başlayan COP29-un ilk gününün müsbət nəticəsini qeyd edərək nikbinliyini ifadə edib. “Dünən təxminən 20 saatlıq danışıqlardan sonra gündəliklə bağlı nəticə əldə etmək mümkün olub. Gündəlik təsdiqlənib. Birinci günün daha bir mühüm nəticəsi isə hamımızın da bildiyi kimi, uzun illər müzakirə olunan Paris Sazişinin 6.4-cü maddəsi üzrə razılaşmanın əldə edilməsidir”, – o qeyd edib.

C.Bayramovun sözlərinə görə, ümumilikdə Bakı konfransından, COP29-dan 60-a yaxın potensial sənədin qəbul edilməsi gözlənilir. Lakin ən vacibi Yeni Kollektiv Kəmiyyət Hədəfi (NCQG) üzrə razılaşmadır ki, buna da nail olunacağına ümid edirik.

“Hələ də bir çox ölkələrin, bir çox mühüm oyunçuların mövqelərində fərqlər var. Lakin gördüyümüz odur ki, hamı qətiyyətlidir, bu məsələyə çox ciddi yanaşır. Bu o deməkdir ki, bütün mühüm oyunçular öz məsuliyyətlərini başa düşürlər. Buna görə də biz nikbin əhval-ruhiyyədəyik”, – nazir vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*