Ceyhun Bayramov İtaliyaya başsağlığı verdibackend

Ceyhun Bayramov İtaliyaya başsağlığı verdi

Azərbaycanın Xarici İşlər naziri Ceyhun Bayramov Konqoda İtaliya səfirinin öldürülməsi ilə əlaqədar başsağlığı verib.

KONKRET.az xəbər verir ki, bu barədə Ceyhun Bayramov “Twitter”də bildirib.

“BMT konvoyuna edilən qorxunc hücum nəticəsində İtaliyanın Konqo Demokratik Respublikasındakı səfiri Luca Attanasionun və bir əsgərin öldürülməsi məni dərindən kədərləndirdi. Qurbanların ailələrinə və dost İtaliya xalqına dərin hüznlə başsağlığı veririk”, – deyə Azərbaycan XİN başçısı qeyd edib.

Qeyd edək ki, İtaliyanın Konqo Demokratik Respublikasındakı səfirinin olduğu konvoya hücum olub. Hücum nəticəsində bir neçə nəfər həlak olub, onlardan biri İtaliyanın bu ölkədəki səfiri Luka Attanasiodur. Hücumun əsas məqsədi avtomobildəki şəxsləri girov götürmək olub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*