Ceyhun Bayramov Lavrovla üçtərəfli bəyanatların icrasını MÜZAKİRƏ ETDİbackend

Ceyhun Bayramov Lavrovla üçtərəfli bəyanatların icrasını MÜZAKİRƏ ETDİ

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub.

KONKRET.az-a bu barədə Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Nazirlər regiondakı cari vəziyyət, üçtərəfli bəyanatların icrası ilə bağlı fikir mübadiləsi aparıblar.

Bölgədəki son inkişafı nəzərdən keçirən tərəflər, o cümlədən 3+3 məsləhətləşmələr mexanizminin Moskvada baş tutan təsis görüşü, habelə Azərbaycan və Ermənistan ictimaiyyətinin nümayəndələrinin Moskvada keçirilən görüşünə dair fikirlərini bölüşüblər.

Tərəflər, həmçinin ikitərəfli münasibətlər gündəliyinin aktual məsələlərini və qarşılıqlı maraq doğuran digər mövzuları müzakirə ediblər.

Telefon danışığı zamanı nazirlər yeni il münasibətilə təbriklərini bölüşüblər.

  • Namiq
    Dekabr 30, 2021 - 22:10

    maraqlıdır:- Bayramov Lavrovdan soruşurmu ki, üçtərəfli bəyanatların hansı bəndi rusiya və ermənistan tərəfindən icra olunub ?????

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*