Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının yüksək səviyyəli həftəsi çərçivəsində ABŞ prezidenti Co Bayden ilə görüşüb.
KONKRET.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin X sosial şəbəkəsindəki məlumatında deyilir.
Qəbul Nyu-Yorkda BMT Baş Assambleyasının 79-cu sessiyasında iştirak edən nümayəndə heyətlərinin rəhbərləri üçün təşkil olunub.
İlkanə Şəvəqqət,
KONKRET.az