Ceyhun Bayramov Türkiyəyə gedirbackend

Ceyhun Bayramov Türkiyəyə gedir

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türkiyəyə işgüzar səfərə gedəcək.

KONKRET.az Türkiyə mediasına istinadən xəbər verir ki, Ceyhun Bayramov sözügedən ölkənin xarici işlər naziri Hakan Fidanın dəvəti əsasında avqustun 27-də yola düşəcək.

Səfər çərçivəsində XİN başçıları arasında görüş keçiriləcək.

Görüşdə ikitərəfli münasibətlər, Azərbaycan-Ermənistan sülh prosesi və Türkiyə-Ermənistanın münasibətlərinin normallaşması ilə bağlı məsələlər, o cümlədən regionda, xüsusilə də Qəzzada baş verən hadisələrin müzakirəsi gözlənilir.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*