Ceyhun Bayramov Volker Türk ilə görüşdübackend

Ceyhun Bayramov Volker Türk ilə görüşdü

Xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 79-cu sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində BMT-nin İnsan Hüquqları üzrə Ali komissarı Volker Türk ilə görüşüb.

KONKRET.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyi məlumat yayıb.

Ötən gün baş tutan görüşdə Azərbaycan və BMT təsisatları arasında bir sıra sahələr, o cümlədən insan hüquqlarının qorunması üzrə əməkdaşlıq məsələləri, habelə postmünaqişə dövründə bölgədə mövcud vəziyyət müzakirə olunub.

Nazir Ceyhun Bayramov Azərbaycanın hər zaman səmərəli BMT sisteminin tərəfdarı olduğunu, o cümlədən ölkəmizin BMT Nizamnaməsi, çoxtərəflilik və BMT orqanları ilə geniş əməkdaşlıq prinsiplərinə sadiqliyini vurğulayıb.

Azərbaycan və BMT arasında müxtəlif sahələrdə, o cümlədən insan hüquqlarının qorunması sahəsində əməkdaşlığın mövcudluğu məmnunluqla qeyd olunub.

İnsan Hüquqları üzrə Ali Komissarlıq Ofisinin insan hüquqlarının qorunması işində müvafiq fəaliyyətinin, habelə dövlətlərin bu sahədə potensialının artırılması istiqamətində tədbirlərinin əhəmiyyətli olduğu qeyd edilib.

Nazir Ceyhun Bayramov insan hüquqlarının fundamental prinsiplərinin müdafiəsinə tam şəkildə sadiq olan Azərbaycanın beynəlxalq insan hüquqları sisteminin gücləndirilməsinə, mədəniyyətlərarası və dinlərarası dialoqun təşviqinə mütəmadi əsasda töhfə verdiyini, davamlı olaraq bu sahədə əhəmiyyətli irəliləyişlər əldə etdiyini vurğulayıb.

Postmünaqişə dövründə bölgədə mövcud vəziyyət və reallıqlar, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinin tam təminindən sonra vətəndaşlarımızın fundamental hüquqlarının bərpası istiqamətində ölkəmiz tərəfindən aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, mina təhdidi ilə mübarizə tədbirləri, habelə Azərbaycan-Ermənistan normallaşma prosesi barədə qarşı tərəfə ətraflı məlumat verilib.

Ölkəmizin cari ildə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi edəcəyi xatırlanıb, tədbir çərçivəsində görülən işlər barədə məlumat verilib.

Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*