“ChatGPT” sağlam adamı xəstə etdi – Bunu məsləhət görübbackend

"ChatGPT" sağlam adamı xəstə etdi - Bunu məsləhət görüb

ABŞ-da 60 yaşlı bir kişi ChatGPT ilə söhbətdən sonra səhhətinə dair yanlış məsləhətlərə əməl edərək bromizm (bromid zəhərlənməsi) keçirib.

KONKRET.az xəbər verir ki, iddialara görə, süni intellekt ona duz əvəzedicisi kimi bromid qəbul etməyi tövsiyə edib və bu maddənin uzunmüddətli istifadəsinin zəhərlənmə riski barədə xəbərdarlıq etməyib.

Bromid zəhərlənməsi nadir, lakin təhlükəli hal sayılır. Onun simptomlarına yuxululuq, koordinasiya pozğunluğu, dəri səpgiləri və psixoloji dəyişikliklər daxildir. Xəstə həkimə müraciət etdikdən sonra vəziyyətinin səbəbi müəyyən edilib və müalicəyə başlanılıb.

Mütəxəssislər bildirir ki, süni intellektdən tibbi məsləhət alarkən ehtiyatlı olmaq, məlumatı yalnız etibarlı mənbələrlə və həkimlə təsdiqləmək vacibdir. Hadisə, tibbi qərarlarda insan nəzarətinin əhəmiyyətini bir daha gündəmə gətirib.

Aynurə İsmayıl

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*