Seçkilərə aylar qalmış “Ərdoğan qazanarsa, onun heykəlini Boluda ən görünən yerə qoyacağam” deyən CHP-li bələdiyyə sədri Tanju Özcan verdiyi sözü yerinə yetirmək üçün Prezidentdən icazə istəyib.
KONKRET.az yerli KİV-ə istinadən xəbər verir ki, bu barədə Özcan tviterdə yazıb:
“Seçkidən əvvəl Rəcəb Tayyib Ərdoğana “tvit” atdım. Söz ağızdan bir dəfə çıxır. Qanunvericiliyə görə, heykəlin qoyulması üçün razılıq olmalıdır. Sözümü tutmaq üçün prezidentə məktub yazdım və ondan icazə istədim”.
İqbal Rzayev,
KONKRET.az