Çimərlikdə yeniyetmə qumda qazdığı çuxura düşüb ÖLDÜbackend

Çimərlikdə yeniyetmə qumda qazdığı çuxura düşüb ÖLDÜ

İtaliyanın Montalto-di-Kastro çimərliyində 17 yaşlı Rikkardo adlı yeniyetmə qumda qazdığı çuxurda boğulub.

KONKRET.az oxu.az-a istinadla xəbər verir ki, Rikkardo üç və səkkiz yaşlı iki bacısı ilə oynayarkən qumda 1.5 metr dərinliyində çuxur qazıb.

Hadisə şahidlərinin sözlərinə görə, oğlan qumdan tunel düzəldib və oradan sürünərək keçmək istəyərkən qum onun üzərini örtüb.

Təcili yardım xidməti hadisə yerinə çatanadək çimərlikdə olan insanlar yeniyetməni xilas etməyə çalışsalar da, bu, mümkün olmayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*