Çin dünyaya səsləndi: “İsrail dövləti çoxdan yaranıb, lakin…”backend

Çin dünyaya səsləndi: "İsrail dövləti çoxdan yaranıb, lakin..."

Çinin xarici işlər naziri Vanq Yi beynəlxalq ictimaiyyəti Ukrayna böhranını həll etməyə çalışarkən Qəzza zolağındakı vəziyyəti diqqətdə saxlamağa çağırıb.

KONKRET.az xəbər verir ki, o, bunu BMT Təhlükəsizlik Şurasının iclasından sonra keçirdiyi mətbuat konfransında bildirib:

“Hazırda bütün tərəflər Ukrayna böhranından narahatdır. Lakin dünyada təkcə Ukrayna problemi deyil, həm də beynəlxalq ictimaiyyətin diqqətini tələb edən Qəzza münaqişəsi kimi bir çox başqa qaynar nöqtələr var. Onları arxa plana atmaq olmaz”.

Vanq Yi həmçinin vurğulayıb ki, BMT-nin iki dövlətin – Fələstin və İsrailin yaradılması haqqında qətnamə qəbul etməsindən 70 ildən çox vaxt keçib, lakin bu qərarın yalnız yarısı indiyədək həyata keçirilib:

“İsrail dövləti çoxdan yaranıb, lakin Fələstin xalqının hələ də öz ölkəsi yoxdur”, -deyə Vanq Yi vurğulayıb.

Vəli Həsənoğlu,

KONKRET.az

  • Bakidan
    Fevral 20, 2025 - 19:25

    Vanq sag olsun.
    Ya BMT iwlemir …qocalib …yaddan cixarib bu meseleni…yada Lazim bilmir.
    Onda niye dunya susur??? Dovleti yaratmaq lazim …ozude oz dogma torpaqlarda!!!

  • Xan
    Fevral 21, 2025 - 01:26

    Fələstin dövləti israilə qucaq açıb ona torpaqlarında yer verməsəydi israil adında bir dövlət yox idi. İsrail bu gün yaşamını fələstinə borcludur. Amma göründüyü kimi israil xalqı işğalçı bir millətdir

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*