Çin ordusu ağcaqanad ölçüsündə mikrodron təqdim etdi – VİDEObackend

Çin ordusu ağcaqanad ölçüsündə mikrodron təqdim etdi - VİDEO

Çin hərbçiləri kəşfiyyat məqsədi ilə istifadə ediləcək mikroskopik dron təqdim ediblər. Bu yeni texnologiya ağcaqanad ölçüsündə olan pilotsuz uçuş aparatıdır və onu adi gözlə görmək demək olar ki, mümkün deyil.

KONKRET.az xəbər verir ki, dron portativ bir qurğu vasitəsilə idarə olunurgizli hərbi əməliyyatlarda istifadə üçün nəzərdə tutulub. Onun ölçüsü və səssizliyi sayəsində aşkarlanması son dərəcə çətin olacaq.

Mühəndislərin sözlərinə görə, bu tip cihazlar kəşfiyyat və müşahidə missiyaları üçün ideal vasitədir. Dronun tətbiqi sahələri hələ tam açıqlanmasa da, Çin ordusunun onu strateji məqsədlərlə, xüsusilə də düşmən ərazilərində məlumat toplamaq üçün istifadə edəcəyi istisna olunmur.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*