“Çin Rusiya və Ukraynanın iştirakı ilə sülh konfransı təşkil edə bilər” – Lavrovbackend

“Çin Rusiya və Ukraynanın iştirakı ilə sülh konfransı təşkil edə bilər”.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov məlumat verib.

“Biz Çinin mövqeyini bölüşürük ki, ilk növbədə münaqişənin əsas səbəbləri aradan qaldırılmalı və bərabər və bölünməz təhlükəsizlik prinsipinə əsaslanan sonrakı razılaşmalarla bütün tərəflərin hüquqi maraqları qorunmalıdır”, – deyə Lavrov RİA-ya müsahibəsində bildirib. Lavrov həmçinin deyib ki, “Bir daha vurğulamaq istərdim ki, bunun üçün orada yaşayan insanların iradəsini əks etdirən yerdəki faktlara hörmət tələb olunur”.

İki ildən artıqdır ki, Ukraynanı işğal edən Rusiya dəfələrlə Kiyev və onu dəstəkləyən Qərb dövlətlərini Ukraynadakı mövcud vəziyyəti tanıması şərti ilə danışıqlara çağırıb. Kiyev bu təklifləri rədd edib.

Lavrov həmçinin bildirib ki, NATO ölkələrinin Ukraynaya nüvə silahı daşıya bilən F-16 təyyarələrinin göndərilməsi üçün gördüyü hazırlıqları “siqnal hərəkəti” kimi görür. “Bizə ABŞ və NATO-nun Ukraynada heç nə etməkdən çəkinməyəcəyini söyləməyə çalışırlar”, – Lavrov bildirib.

Natiq Səlim,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*